"Oskar" gecəsində baş verən hadisə hər kəsi heyrətləndirdi - FOTOLAR
Bu il 94-cü "Oskar" mükafatlarının təqdimetmə mərasimi Los-Ancelesdəki "Dolbi" teatrında keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kino ictimaiyyətinin ən önəmli gecələrindən biri kimi tanınan "Oskar" gecəsində aktyor Vill Smitlə komediya ustası Kris Rock arasında baş verən hadisə hər kəsi şoka salıb.
Çox fərqli anlara şahidlik edən "Oskar"da həm Ukrayna mesajı, həm də Vill Smitin yumruğu yer alıb. Gecədə “Coda” ən yaxşı film mükafatını, Vill Smit isə "Kral Riçard" filmindəki roluna görə ən yaxşı aktyor mükafatını alıb.
Vill Smit mükafatını almadan öncə etdiyi hərəkət gecəyə damğasını vurub. Hamı bunun şounun bir parçası olduğunu düşünərkən həqiqət olduğu ortaya çıxıb.
Vill Smit saçqırandan əziyyət çəkən həyat yoldaşı Jada Pinkett Smiti ələ salan, onun saçları ilə zarafat edən Kris Rocka əsəbiləşdikdən sonra qəfil səhnəyə çıxaraq komediya ustasına yumruq atıb, sonra "Arvadımın adını ağzına alma" deyə qışqırıb. Bu vəziyyət sosial mediada gündəmə gəlib. Bəziləri bunun uydurma olduğunu, bəziləri isə real olduğunu düşünüb.
"Oskar" gecəsini izləyənlər bu anları şounun bir parçası hesab ediblər. Lakin tezliklə bunun belə olmadığı məlum olub. Kris Rock və rejissor komandası sakit şəkildə proqramı davam etdirib və hadisənin şounun bir parçası olmadığı bildirilib. Daha sonra səhnəyə gələn qonaqlar bu problemi həll edəcəklərini açıqlayıblar.
Vill Smit daha sonra ən yaxşı aktyor mükafatını qazanıb. Məşhur aktyorun mükafatı alarkən göz yaşlarını tuta bilmədiyi də görülüb. Daha sonra Smit mərasimdə üzr istəyib.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB