Fevralın 24-də Ukraynanın şərqinə hücuma başlayan və Kiyevə doğru irəliləməyə çalışan Rusiyanın maliyyə itkisi 63 milyard dolları keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ümid etdiyi kimi irəliləyə bilməyən Putinin planı bəlli olub. Kiyevi ala bilməyən Rusiya lideri Putinin yeni məqsədi Ukraynanı Koreya yarımadası kimi iki yerə bölməkdir.
Demək olar ki, hər cəbhədən blokadaya alınan və bundan sonra bütün diqqətini Donbasa yönəldəcəyini açıqlayan Rusiya ordusu uzaq mənzilli raketlərlə Ukraynaya hücum edir. Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov bildirib ki, Rusiya Ukraynanı iki yerə bölmək yollarını axtarır və hədəf Şimali və Cənubi Koreya modelidir. Budanovun fikrincə, Kiyevi ələ keçirmək planı iflasa uğrayan Putinin hazırkı məqsədi Ukraynanı şimal və cənuba bölmək ola bilər. Putinin bu addımında nümunə götürdüyü yer Koreya yarımadasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB