"Tesla"nın qurucusu, 50 yaşlı İlon Mask öz "tvitter" platformasını qurmağı planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Maskın quracağı yeni sosial media platformasında kripto pullarla da bəxşiş vermək mümkün olacaq. Mask 79 milyon izləyicisinə “Söz azadlığı fəaliyyət göstərən demokratiya üçün vacibdir. "Tvitter"in bu prinsipə ciddi əməl etdiyinə inanırsınızmı?" deyə sual ünvanlayıb. İzləyicilərinin çoxu "xeyir" cavabı verib. Bir izləyicinin sualına cavab olaraq öz sosial media şəbəkəsini yaratmaq barədə ciddi düşündüyünü söyləyib. O, həmçinin yaradacağı platformanın kriptovalyuta "dodgecoin" ilə bəxşiş vermək mümkün olacaq.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB