Dünyanın ən böyük almazı Dubayda sərgilənəcək

Dünyanın ən böyük almazı Dubayda sərgilənəcək

228,31 karatlıq dünyanın ən böyük ağ almazı ilk dəfə Dubayda nümayiş etdiriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, almaz mayın 11-də Cenevrədəki "Kristie's" hərrac evi tərəfindən hərraca çıxarılacaq. O vaxta qədər isə Tayvan və ABŞ-da sərgilənəcək. "Qaya" almazı 20 il əvvəl Cənubi Afrikada hasil edilib. Onun ən azı 30 milyon dollara satılacağı gözlənilir.

"Kristie's" hərrac evi 2017-ci ildə keçirilən hərracda 163,41 karatlıq almazın rekord qiymətə 33,7 milyon dollara satıldığı barədə məlumat paylaşıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə