SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Ombudsman Lyudmila Denisova deyib.
“İşğalçının Müdafiə Nazirliyi bildirir ki, Ukrayna, Moldova və Rusiya Federasiyasının 90 min vətəndaşı artıq Xerson vilayətindən çıxarılıb”, – o qeyd edib.
Təkcə son 24 saat ərzində Ukraynanın müvəqqəti nəzarət olunmayan ərazilərindən 19,6 mindən çox mülki şəxs, o cümlədən Donetsk və Luqansk vilayətlərindən 3 300 uşaq təxliyə edilib.
“Ümumilikdə, Rusiya hərbçiləri “Ukraynanın təhlükəli bölgələrindən” 439 420 mülki şəxsin çıxarılmasını qeyd edir ki, onlardan 91 673-ü uşaqdır”, – Denisova qeyd edib.
Onun sözlərinə görə, qaçqınların miqyası yalnız Hitlerin İkinci Dünya Müharibəsi zamanı həyata keçirdiyi deportasiya ilə müqayisə edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB