Parisdə Erik Zemmura dəstək məqsədilə mitinq keçirilib

Parisdə Erik Zemmura dəstək məqsədilə mitinq keçirilib

Parisin Trokadero meydanında “Rekonkista” partiyasının yaradıcısı, ultrasağçı baxışların tərəfdarı, Fransa prezidentliyinə namizəd Erik Zemmurun lehinə böyük seçkiöncəsi mitinq keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, meydana minlərlə insan toplaşıb. Gələnlərə Fransanın üçrəngli bayrağı və üzərində “Zemmur 2022”, “Fransanın Fransa olaraq qalması üçün” yazılmış plakatlar verilib.

Toplananlar vaxtaşırı “Zemmur – prezident”, “Yaşasın Fransa”, “Biz qalib gələcəyik” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, son ictimai rəy sorğularına görə, Zemmur seçki reytinqində dördüncü yerdədir: o, Fransanın hazırkı Prezidenti Emmanuel Makron, ifrat sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen və solçu Yenilməz Fransa Partiyasının lideri Jan-Lük Melanşondan geri qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə