Putinin yaxın dairəsində olan rusiyalı oliqarx Oleq Deripaska ABŞ prezidenti Cozef Baydenin Varşavadakı çıxışından sonra dünyanın ideoloji səfərbərlik və uzanan müharibə üçün hazırlaşdığı qənaətinə gəlib.
Maraqlıdır ki, o da bəzi həmkarları kimi, Rusiya Federasiyasının Ukraynada açdığı müharibəni qınayıb. SİA bu barədə “UNİAN” saytına istinad edir.
...Son vaxtlara qədər biz müharibənin bir neçə həftə əvvəl başa çatacağına ümid edirdik. Lakin demokratiya və avtokratlik arasındakı daha geniş bir münaqişə haqqında danışan Baydenin çıxışı, bizə bu müharibənin daha uzun sürə biləcəyini göstərdi.
“İndi hər tərəfdə ideoloji cəhənnəm səfərbərliyi var. Elə bil bütün bu insanlar bir neçə ildir ki, mübarizəyə hazırlaşırmışlar. Deyəsən, tərəflər bütün dünya üçün faciəli nəticələrə səbəb olacaq uzunmüddətli bir müharibəyə hazırlaşırlar”. Qeyd edək ki, bunu Deripaska deyib.
Xatırladaq ki, Oleq Deripaska da bu gün Rusiyaya qarşı tətbiq edilən sanksiyalar altına düşənlərdəndir. Qeyd edilməlidir ki, onunla birlikdə digər rusiyalı oliqarxlar da bu sanksiyalar altına düşüblər və indi bir-birinin ardınca Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini qınamağa başlayıblar.
Etiraf etməliyik ki, Ukraynada Putinin açdığı müharibə elə ilk gündən Oleq Deripaska ilə yanaşı nə Oleq Tinkov, nə də Mixail Friedman tərəfindən dəstəklənməyib.
“...Bu, ağlasığmaz və qəbuledilməzdir! Dövlətlər pulu insanların müalicəsi üçün xərcləməlidir, daha müharibələr üçün yox”. Bunu isə Oleq Tinkov deyir.
Maraqlıdır, görən, bu Rusiya Federasiyasında ölkə prezidentinə qarşı narazılıqların ilk rüşeymləri detil ki?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB