Bayden Putin haqqında dediklərini təkzib edib

Bayden Putin haqqında dediklərini təkzib edib

ABŞ prezidenti Cozef Bayden Rusiyada mövcud hökumətin dəyişdirilməsinə çağırış etmədiyini bildirib.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Belə ki, saytın məlumatına görə, jurnalistlər Amerika dövlətinin başçısından onun Rusiya Federasiyasında hakimiyyətin dəyişdirilməsinə çağırıb-çıxmadığını soruşublar. O isə cavabında “xeyr” deyə bildirib.

Qeyd edək ki, Varşavadakı nitqi zamanı Ağ Ev rəhbəri Rusiya prezidenti Vladimir Putinin “Donbası qorumaq üçün xüsusi hərbi əməliyyat təşkil etmək” qərarı ilə bağlı Rusiya və onun hökumətinə qarşı bir sıra ittihamlar səsləndirmişdi.

Çıxışının sonunda o, Ukraynanın “heç vaxt Rusiyanın qələbəsi olmayacağını”, daha sonra əlavə edib demişdi ki, Rusiya dövlətinin başçısı “hakimiyyətdə qala bilməz”.

İndi isə deyir ki, mən elə şey deməmişəm.

...Siyasətdə dost olmadığını gərək ki, Putin demişdi, Amma belə görünür ki, siyasətdə dediyini sonradan təkzib etmək olarmış...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə