“...Bu gün Şimali Atlantika Alyansının-NATO-nun məqsədi Rusiyada hakimiyyət dəyişikliyini həyata keçirmək deyil”.
SİA TASS-a istinadən xəbər verir ki, bu sözləri “ARD” telekanalına açıqlama verən Almaniya kansleri Olaf Şolz deyib.
...Bir gün əvvəl Varşavada çıxışı zamanı Bayden bildirdi ki, Ukraynada keçirilən xüsusi əməliyyat “heç vaxt Rusiyanın qələbəsi olmayacaq”, Rusiya prezidenti isə “hakimiyyətdə qala bilməz”...
...Amma daha sonra Ağ Ev əmin etdi ki, o, Rusiyada rejim dəyişikliyini nəzərdə tutmur.
Bundan əlavə, Amerika lideri səfəri zamanı Polşa ilə Ukrayna sərhəddində yerləşən ukraynalı qaçqın düşərgəsinə baş çəkib. Bayden onlarla söhbəti zamanı Rusiya prezidenti Vladimir Putini “qəssab” adlandırıb.
...Fransa prezidenti Emmanuel Makron vurğulayıb ki, o, Putinə münasibətdə "heç vaxt belə sözlərdən istifadə etməyəcək". O, həmçinin Ukraynadakı münaqişənin "eskalasiyasına səbəb ola biləcək söz və hərəkətlərdən" çəkinməyə çağırıb.
Bu arada “Wall Street Journal” nəşrinin əməkdaşı Ceyms Friman ABŞ prezidentindən ictimai bəyanatlar verməyi dayandırmasını istəyib.
Amma, yenə də maraqlıdır...görən, doğrudanmı, bu gün Ukraynanı “müdafiə edən” dövlət başçıları Putinin hakimiyyətdə qalmasını istəyirlər?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB