...Ötən gecə ruslar amerikalıların artıq ABŞ-ın qlobal liderliyinə inamlarını itirməyə başladıqları barədə dünyanı müjdələyiblər. Onlar, yəni ruslar dediklərində haqlı görünmək üçün “NBC News”un sorğusunu da əsas kimi göstəriblər. Belə ki, həmən sorğuda, guya ABŞ əhlinin 53 faizi ölkənin, yəni ABŞ-ın artıq dünya lideri olmayacağı, bundan sonra uzunmüddətli tənəzzül yaşayacağını” bildiriblər.
SİA bu barədə “lenta.ru” saytına istinadən bildirir ki, respondentlərdən bu gün ABŞ-dakı yaşantıların “uzunmüddətli tənəzzülün başlanğıcı” və ya “çətin dövr” hesab etdikləri soruşulub. Maraqlıdır ki, rəyi soruıuşulanların 44 faizi ikinci variantı, yəni “çətin dövr”ü seçiblər.
Qeyd edək ki, yazılanlara görə, 2021-ci ilin dekabrında ABŞ-dakı tənəzzül 48 faiz təşkil edib. Onu da bildirək ki, min nəfərin iştirakçısı olduğu bu sorğu martın 18-dən 22-dək aparılıb. Deyım ki, bunu da ruslar tirajlayıblar.
Onlar hətta bu gün ABŞ-da prezident Cozef Baydeni bəyənməyənlərin sayının da xeyli, hətta 40 faizdən də çox artdığını dünyaya faş ediblər.
...Yadımdaykən, deyim, bunlar... yəni ruslar elə düşünürlər ki, sabah Ukraynada qələbə qazansalar, deməli dünyada hər şeyə nail olmuş olacaqlar. Amma unudurlar ki, o vaxt 1941-45-ci illərdə 15 müttəfiq respublikanın köməyi ilə almanlara qalib gəlsələr də, amma sonradan heç nəyə nail ola bilmədilər.
Özünüz deyin, belə bir təbii sərvətlərə malik olan Rusiya, bu gün elə almanlar da daxil olmaqla dünyanın bütün ölkələrinə nə desən, elə hər şey satırlar, amma gəlin etiraf edək ki, bütün bunlara baxmayaraq, ölkə əhalisi acınacaqlı gündə yaşayır.
Bəli, 1941-45 döyüşlərindən ruslar qalib, almanlar isə “məğlub” ayrılmışdılar.
Amma bu gün “qalib” rus, “məğlub” almanın yaşayışına həsəd aparır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB