İsraildə terrorçular 2 nəfəri öldürüb...

...daha 6 nəfəri yaralayıb
İsraildə terrorçular 2 nəfəri öldürüb...

İsrailin mərkəzi bölgəsi ilə sərhəddə yerləşən Hadera şəhərində pulemyotçuların hücumu nəticəsində iki israilli ölüb, altısı isə yaralanıb.

SİA TASS-ın məlumatına istinadən xəbər verir ki, iki nəfər avtomatik silahdan atəş açıblar və nəticədə iki israilli ölüb, ikisi polis olmaqla altı nəfər yaralanıb.

Terrorçular İsrail polisi tərəfindən güllələnib. İsrail Xarici İşlər Nazirliyi hadisəni terror hücumu kimi qiymətləndirib.

Əli

Bütün xəbərlər Facebook səhifəmizdə