Ukraynadan “istehlak materialı kimi” istifadə edilir?

Ukraynadan “istehlak materialı kimi” istifadə edilir?

“...ABŞ prezidenti Cozef Bayden Ukraynanı Rusiya ilə müharibəyə sövq etməklə bu ölkədən istehlak materialı kimi istifadə edir”.

Bildirək ki, bu fikirləri amerikalı jurnalist Qlen Qrinvald şəxsi bloqunda yazıb.

O qeyd edib ki, hələ 2014-cü ildən bəri Vaşinqton Kiyevi nəinki güclü hərbiləşdirməyə sövq edir, həm də Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün hərbi məsləhətçi və kəşfiyyatçılar da göndərir. Qrinvald onu da xatırladıb ki, ABŞ-ın bundan əvvəl Ukraynaya göndərdiyi mürəkkəb sxemli silahların əhəmiyyətli hissəsi hazırda ölkə ordusuna inteqrasiya olunmuş neonasist batalyonlarının əlinə keçib.

Qeyd edim ki, SİA bu barədə rusların “RİA Novosti” agentliyinin yazdıqlarına istinad edir.

Qrinvald hesab edir ki, “...bütün bunlar NATO-nun alyansa rəsmi üzv olmadan de-fakto genişlənməsinin bir forması kimi görünür”.

Qrinvaldın fikrincə, ABŞ Rusiya ilə uzunmüddətli mübarizədə Ukraynadan “proksi” kimi istifadə etmək üçün bundan əvvəl də onun hərbi potensialını gücləndirirdi.

Qeyd edim ki, “proksi” kompüter şəbəkələrində işlədilən termindir və mənası istifadəçi və hədəf serveri arasında vasitəçi kimi çıxış etmək anlamını verir.

“...Səkkiz ildir ki, ABŞ hökuməti Moskva ilə danışıqlar aparmaq və Şərqi Avropada qarşıdurmadan qaçmaq zərurəti ilə bağlı istənilən müzakirəni ciddi şəkildə yatırıb”.

Bildirək ki, bunu da amerikalı jurnalist yazır. Onun fikrincə, bu gün “...Bayden administrasiyası müharibədə ən güclü nüvə güclərindən ikisini sıxışdırmaq riski daşıyır”.

...Məncə, böyük ehtimalla, Qlen Qrinvald ikinci dövlət kimi Çini nəzərdə tutur...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə