Amerika Birləşmiş Ştatlarının (ABŞ) Delaver ştatı Ramazan ayının bütün əyalətdə rəsmi tanınmasını ehtiva edən qanun layihəsini qəbul etdi. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
3 noyabr 2020-ci ildə keçirilən seçkilərdə Delaverin ilk müsəlman qadın deputatı seçilən 30 yaşlı Mədinə Vilson-Antonun əsas dəstəkçi kimi təqdim etdiyi qanun layihəsi ştatın Baş Assambleyasında 21 üzvdən 20-si tərəfindən qəbul olunub. Beləliklə, müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı Delaver ştatında rəsmən tanınıb.
HCR-62 kimi tanınan qanun layihəsində “Mübarək Ramazan ayı orucluq, fədakarlıq, şükür və təfəkkür ayı kimi qeyd olunması bu ştatın hər gün dirçəlişinə töhfə verən müsəlman sakinləri üçün” sözləri qeyd edilib.
Qanun layihəsində həmçinin Delaver əyalətindəki məktəblər və müəssisələr mövcud qanunlar çərçivəsində müsəlmanların Ramazan ayı və bayramı qeyd etmələrini öz inanclarına uyğun keçirmələrini asanlaşdırmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB