ABŞ-ın dövlət katibi İsrail və Fələstinə gedir

Martın 27-də Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla görüşü planlaşdırılan ABŞ dövlət katibinin səfəri martın 28-də başa çatacaq
ABŞ-ın dövlət katibi İsrail və Fələstinə gedir

SİA-nın məlumatına görə, TASS informasiya agentliyi xəbər verir ki, E.Blinken İsrail hökumətinin rəsmilərilə görüşdükdən sonra Fələstinin dövlət başçısı ilə də bir araya gələcək.

ABŞ dövlət katibinin İsrailin prezidenti İsaak Hersoq, baş nazir Naftali Bennet, xarici işlər naziri Yair Lapid, müdafiə naziri Beni Qansla görüşü gözlənilir. Söhbətlər zamanı İran və Fələstin məsələləri müzakirə olunacaq.

Entoni Blinken səfəri çərçivəsində həm də Bəhreyn, Misir, İsrail, Marokko və BƏƏ-dən olan həmkarları ilə diplomatk sammitdə iştirak edəcək.

Martın 27-də Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla görüşü planlaşdırılan ABŞ dövlət katibinin səfəri martın 28-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə