“PKK Kərkükdəki varlığını artırır”

Ə.Salehi verdiyi yazılı məlumatda bildirb...
“PKK Kərkükdəki varlığını artırır”

İraq Parlamenti Türkmənlər Qrupunun sədri və İraq Türkmən Cəbhəsinin Kərkük millət vəkili Ərşad Salehi (Erşat Salihi) terror təşkilatı PKK-nın Kərkükdəki varlığını artdığına dair xəbərdarlıq edib.

SİA xəbər verir ki, Ə.Salehi verdiyi yazılı məlumatda bildirb: “Kərkükün şimalındakı Şüvan bölgəsində bir araya gələrək bayram şənlikləri keçirən terror təşkilatı PKK-lılar hazırda şəhər üçün ciddi təhlükə yaradır.

Kərkük Federal Əmniyyət Qüvvələri bölgənin təhlükəsizliyinə ciddi şəkildə nəzarət edir.

Terror təşkilatının üzvləri Kərkükdə böyük iştirakla bayram keçirməklə İraq xalqına, hökumətinə və parlamentinə meydan oxuyur.

İraq hökuməti və İraq Kürd Regional İdarəçiliyi Kərkük və bütövlükdə İraqda PKK terror təşkilatının varlığına son qoymaq üçün ciddi addımlar atmalı və hərəkətə keçməlidirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə