Finlandiya Rusiyadan yük qatarlarının qəbulunu dayandırır

Finlandiya Rusiyadan yük qatarlarının qəbulunu dayandırır

Finlandiyanın “VR Transpoint” dəmiryolu şirkəti bu gün günortadan Rusiyadan yük qatarlarının qəbulunu dayandırır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyadan yük qatarlarının qəbulu növbəti bildiriş elan olunana qədər dayandırılır.

Bu, "Rusiya Dəmir Yolları" şirkətinin ABŞ və Avropa İttifaqının sanksiya siyahısında yer alması ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə