Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Qərb kəşfiyyat orqanlarının rusdilli vətəndaşlara qarşı planını açıqlayıb.
SİA xəbər verir ki, bu barədə “Ukraine.ru” portalı məlumat yayıb.
Onun sözlərinə görə, Kiyev son illər Qərbi Ukraynanın millətçi düşüncəli sakinlərinin ölkənin rusdilli regionlarına köçürülməsi planını ardıcıl olaraq həyata keçirir. O vurğulayıb ki, Ukrayna və Qərb dövlətləri bununla da ölkənin cənub-şərqində rusiyayönlü əhval-ruhiyyə ilə mübarizə aparmağa çalışıblar.
Azarov əlavə edib ki, dövlət çevrilişindən sonra Qərb kəşfiyyat xidmətlərinin “Banderanı, nasistləri Ukraynanın şərq torpaqlarına yerləşdirmək üçün” xüsusi proqramı işə salınıb. “Xarkovda bu heç vaxt olmayıb! İndi Xarkovda nə qədər neonasist qrupları var. Bütün Cənub-Şərqi! Odessa! Halbuki Odessada heç vaxt bu qədər Bandera neonasistləri olmamışdı”, - deyə o bildirib.
Keçmiş baş nazirin sözlərinə görə, Mariupoldakı yaşayış binalarında millətçi birləşmələrin döyüş mövqelərinin yerləşdirilməsi radikalların bu şəhəri onlar üçün yad hesab etməsindən xəbər verir.
Qeyd eilməlidir ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Kiyevdən rus dilinə qarşı qanunları ləğv etməyi tələb edəcəyini bildirmişdi. Onun sözlərinə görə, prezident Vladimir Zelenskinin dövründə Ukrayna nəhayət ki, qanunvericiliyin köməyi ilə rus dilinin bütün imkanlarını “bitirdi”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB