"Kiyev, Xarkov və Odessa rus qoşunları tərəfindən tutulmayacaq"

"Kiyev, Xarkov və Odessa rus qoşunları tərəfindən tutulmayacaq"

İşğalçılar bütün diqqətini “Donbasın azad edilməsinə” cəmləyiblər. Rus qoşunları Kiyev, Xarkov və Odessanı tutmayacaq. Bunu prezident aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiyada böyük şəhərləri ala bilməyəcəklərini anlayıblar, ona görə də diqqətlərini Donbasa cəmləyəcəklər. SİA bu barədə “UNIAN”saytına istinad edir.

“Bir-iki həftə ərzində Rusiya qoşunlarını Kiyev və Xarkov vilayətlərindən çıxararaq Donbasa köçürəcək. Onlar böyük şəhərləri ala bilməyəcəklərini anlayıblar”, - deyə Aretoviç bildirib.

Eyni zamanda o, rus qoşunlarının Kiyev, Xarkov və Odessanı tutmayacağına işarə edib.

"Onların indi üç vəzifəsi var: qoşunlarımızı mühasirəyə almaq, Mariupolu tamamilə tutmaq və Cənubu saxlamaq. Əgər onlar Xersonu itirsələr, o zaman Mariupol bizim nəzarətimizə keçəcək. Prosess Kiyevin, Xarkovun tutulması olmayacaq”,- deyə Arestoviç bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə