Çexiya xarici işlər nazirinin müavini Martin Smolek martın 26-da Çexiyanın Rusiyadakı diplomatik missiyasının əməkdaşları ətrafında yaranmış vəziyyətlə bağlı Rusiyanın respublikadakı səfiri Aleksandr Zmeevskiyə zəng edib.
SİA-nın məlumatına görə, bu barədə TASS nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Smolek Çexiyanın Moskvadakı səfirliyinin əməkdaşlarına qarşı Rusiya hakimiyyətinin təxribatları ilə bağlı Zmeevskiyə kəskin etirazını bildirib.
“Rusiya hakimiyyətinin qəbuledilməz davranışı Vyana Konvensiyasına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə ziddir”. Qeyd edək ki, bu da Çexiya Xarici İşlər Nazirliyinin etiraz notasında deyilir.
Yeri gəlmişkən, bundan bir az əvvəl Çexiya Xarici İşlər Nazirliyində Rusiya ilə əlaqələr üzrə komissar vəzifəsi yaradılıb. Onun vəzifələrinə ölkələr arasında əlaqələr strategiyasının hazırlanması və planlaşdırılması, həmçinin bu istiqamətdə konkret tədbirlərin təklif edilməsi daxildir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB