Lvova yeni raket hücumları nəticəsində infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Bu barədə Lvov meri Andrey Sadovı bildirib.
SİA bu barədə “unn.com.ua”saytına istinad edir.
“...Lvova endirilən yeni raket zərbələri nəticəsində infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Amma yaşayış binalarına elə də ziyan dəyməyib". Qeyd edək ki, Sadovi bu barədə “Telegram”da yazıb.
O bildirib ki, yanğının söndürülməsi davam edir. Müvafiq xidmətlər yerindədir.
Lvovda partlayış səsləri eşidilməkdədir. Şəhərin bəzi ərazilərindən tüstü görünür. Beş nəfərin öldüyü bildirilir.
Sadovıy bildirib ki, Lvovun atəşə tutulması zamanı neft bazasında və zavodda yanğın başlayıb.




USD
EUR
GBP
RUB