Rusiya ordusu Ukraynanın Slavutiç şəhərini tutub

Rusiya ordusu Ukraynanın Slavutiç şəhərini tutub

Rusiya ordusu Ukraynanın Slavutiç şəhərini ələ keçirib.

SİA bu barədə rus saytına istinad edir

“Slavutiç bu gündən işğal altındadır. Biz şəhərimizi mətanətlə müdafiə etdik. Üç gün əvvəl onu döyüşsüz təslim etmək üçün ultimatum aldıq, lakin hərbçilərimiz, Milli Polis şəhəri müdafiə etmək qərarına gəldi. Başqa cür edə bilməzdilər, onlar hərbçilərdir, bunun üçün çalışırlar”, – Fomiçev deyib.

Onun sözlərinə görə, qoşunların qüvvələri qeyri-bərabər olub. Buna görə də şəhərin müdafiəçiləri dinc əhalinin həyatını riskə atmamaq qərarına gəliblər və Rusiya hərbçilərinə müqavimət göstərməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə