Dünən, martın 26-da “Vostok” (“Şərq”) əməliyyat-taktiki qrupu rusların 60-a yaxın canlı qüvvəsini və 12 texnikasını məhv edib. Bölmə bununla bağlı rəsmi “Facebook” səhifəsində məlumat yayıb.
Beləliklə, SİA-nın da əldə etdiyi məlumata görə, “Vostok” qruplaşması Rusiya ordusunun dörd hücumunu dəf edərək ruslara məxsus 60-a qədər şəxsi heyəti, 5 tankı, 6 piyada döyüş maşını və 1 artilleriya qurğusunu məhv edib.
“...Ruslar başa düşməlidirlər ki, onları burada heç kim duz-çörəklə qarçılamayacaq. Onların ümid edə biləcəyi yeganə şey gülləmiz və mərmilərimizdən ibarət doyurucu şam yeməyindən sonra Ukrayna qara torpağından ibarət yorğandır". Qeyd edək ki, bunu da əməliyyat-taktiki qruplaşma rəsmiləri bildiriblər.
Xatırladaq ki, arxada qalan gün Ukrayna Silahlı Qüvvələri düşmən üzərində bir neçə mühüm qələbə qazanıblar. Məsələn, onlar Trostyanets və Xarkov vilayətinin bir neçə yaşayış məntəqəsini azad edərək rusları həmən ərazilərdən qovub çıxarıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB