Səfərbərlikdən gizlənməyə kömək edənlər saxlanılıb

Səfərbərlikdən gizlənməyə kömək edənlər saxlanılıb

Moldova Sərhəd Xidməti Ukraynadan hərbi yaşda olan kişiləri pul müqabilində səfərbərlikdən gizlənməyə kömək edən üç Ukrayna və bir Moldova vətəndaşını saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti idarənin mətbuat xidmətinə istinadən xəbər verir.

Saytın yazdığına görə, Şimal Regional Müdirliyinin sərhəd polisinin əməkdaşları Briçeni prokurorluğu ilə razılaşaraq, Ukraynadan olan 15 nəfərin Moldovaya qanunsuz daxil olmasını təmin edən dörd bələdçini saxlayıblar. Şəxslərin hamısı 19-51 yaş arası kişilərdir.

Verilən məlumatına görə, tutulan şübhəli bələdçilər Ukraynadan olan şəxslərin buraxılış məntəqələrindən yan keçməklə dövlət sərhədindən Moldovaya keçməsini təşkil edib və bunun müqabilində hər birindən 1700-5500 dollar tələb edirmişlər.

Saxlanılan Ukrayna vətəndaşları 30 sutka, Moldova vətəndaşı isə 72 saat müddətinə həbs edilib. Bildirilir ki, deportasiya olunan ukraynalılar Moldova ərazisində olmalarını qanuniləşdiriblər və hələlik dövlətin himayəsindədirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə