Bayden bu dəfə Putini “qəssab” adlandırıb...

Bayden bu dəfə Putini “qəssab” adlandırıb...

ABŞ prezidenti Cozef Bayden bildirib ki, bu gün bir ABŞ dolları 200 rubl dəyərindədir. “Sky News” nəşri xəbər verir ki, bu barədə prezident Varşavada Ukrayna və Polşa nümayəndələri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. ABŞ prezidenti, həmçinin əlavə edib ki, onun məlumatına görə, Rusiyada ÜDM-in iki dəfə azalması da gözlənilir.

SİA bu barədə “rambler”saytına istinad edir.

Bayden Polşaya səfəri zamanı onu da bildirib ki, Rusiya Ukraynanı denazifikasiya etmək niyyətində deyil, lakin Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskini tutduğu vəzifədən uzaqlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Baydenin bu fikirləri “NBC News” tərəfindən yayımlanıb.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Bayden Rusiya prezidenti Vladimir Putini “qəssab” detə adlandırmışdı.

Onu da bildirək ki, Bayden Sovetlər dövründə Kremlin Macarıstan, Polşa və Çexoslovakiyada törətdiyi hadisələri də xatırladıb.

Bu arada Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ prezidenti Cozef Baydenin Rusiya dövlətinin başçısı Vladimir Putinə şəxsi təhqirləri Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşması üçün imkan pəncərəsini daraldır.

P.S: Martın 26-da Varşavada çıxış edən ABŞ prezidenti Cozef Bayden qeyd edib ki, Rusiya lideri Vladimir Putin hakimiyyətdə qalmamalıdır. Çünki o da bütün avtokratlar kimi özünü güclü bilirsə, o, halda haqlı olduğuna da inanır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə