Ukraynaya göstərilən humanitar yardımı dayandırmayacağıq
ABŞ prezidenti Cozef Bayden iki gün əvvəl ölkəsinin 100 min ukraynalı qaçqını qəbul edəcəyini bildirmişdi. Ötən gün isə o artıq 8 min ukraynalının ABŞ-a gəldiyini bəyan edib.
SİA bu barədə “UNİAN”saytına istinad edir.
Qeyd edək ki, Bayden bu barədə Polşada amerikalı hərbçilərlə görüşü zamanı bildirib.
Brüsseldə humanitar yardım üçün əlavə milyard dollar topladıqlarını deyən ABŞ prezidenti Vaşinqtonun Ukraynaya və hətta Rusiya hərbçiləri tərəfindən blokadada olan Mariupola da humanitar yardım çatdırmaq cəhdlərini dayandırmayacaqlarını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB