Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Suriyanın şimalında keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı bölgәsindә hücum törәtmәyә hazırlaşan iki PKK/YPG terrorçusu zәrәrsizlәşdirilib.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barәdә Milli Müdafiә Nazirliyinin rәsmi internet sәhifәsindә verilәn mәlumatda bildirilib. Mәlumatda vurğulanıb ki, ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәdә hücum törәtmәyә hazırlaşan iki PKK/YPG terrorçusu zәrәrsizlәşdirilib. Terrorçulara lazımi cavabı vermәyә davam edәcәyik.

Daxili İşlәr Nazirliyi ilә Muğla, Batman, Qaziantep vә Hatay Polis İdarәlәrinin koordinasiyalı şәkildә keçirilәn әmәliyyatlar nәticәsindә PKK-nın bir üzvü tәhlükәsizlik qüvvәlәrinә tәslim olub.

Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda tәslim olan terrorçunun 2011-ci ildә terror tәşkilatının sıralarına qoşulduğu bildirilib.

Qeyd edәk ki, yanvarın 1-dәn etibarәn tәhlükәsizlik qüvvәlәrinә tәslim olan terrorçuların sayı 19-a çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə