Sakaryanın Karasu sahilində erroziya səbəbindən evlərin ərazisini su basıb və bağın divarları uçub. SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, iki aydan artıqdır ki, dəniz sahilindəki yaşayış binaları üçün təhlükə yaranıb, çimərlikdən əsər-əlamət qalmayıb.
Vəziyyəti fürsət kimi görən Əli Çabuk adlı vətəndaş evinin qarşısına qum torbaları qoyaraq tədbir görməyə çalışıb. Dalğaların yenidən sahilə hücum edəcəyini düşünüb narahat olan vətəndaşlar evlərinin və torpaqlarının su altında qalmaması üçün səlahiyyətlilərdən kömək istəyiblər.
Uçmaq təhlükəsi ilə üzləşən evin sahibi Əli Çabuk “Bələdiyyəmizin və dövlətimizin kifayət qədər problemləri var. Mən bir vətəndaş kimi əlimdən gəldiyi qədər evimi qum, torba ilə xilas etməyə çalışıram. Amma taleyə qarşı çıxa bilmirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB