Cəsur səhnə geyimi izləyiciləri tərəfindən bəyənilib -FOTOLAR

Cəsur səhnə geyimi izləyiciləri tərəfindən bəyənilib -FOTOLAR

Türkiyəli müğənni İrem Derici ötən gün Hatayda səhnəyə çıxıb. Pərəstişkarları üçün sevilən mahnılarını ifa edən İrem Derici cəsur səhnə üslubu ilə diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir müddətdir sevgili olub-olmadıqları maraq doğuran müğənni İrem Derici və Cem Belevi ötən həftələrdə münasibətlərini açıqlayıb.

Münasibətlərinə ikinci şans verən və münasibətlərini davam etdirən cütlüyün xoşbəxtliyi isə qısa sürüb. Cütlük Hollandiya tətilindən sonra ayrılmaq qərarına gəlib. Ayrılıq xəbəri ilə gündəmə gələn İrem Derici konserti üçün Hataya gedib. Antakyada səhnəyə çıxan məşhur müğənni dərin dekolteli səhnə geyiminə üstünlük verib. İddialı geyimi ilə konsertdən sonra verdiyi pozaları sosial şəbəkədəki səhifəsində yayımlayan İrem Derici qısa zamanda sosial mediada gündəm olub. Bir çox sosial media istifadəçisinin böyük marağına səbəb olan paylaşıma minlərlə şərh və bəyənmə gəlib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə