Rusiya 4 halda nüvə silahından istifadə edə bilər - Medvedev

Rusiya 4 halda nüvə silahından istifadə edə bilər - Medvedev

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bildirib ki, Rusiya dörd halda nüvə silahından istifadə edə bilər. SİA Rusiyanın RBC nəşrinə istinadən xəbər verir ki, Medvedev həmin halların aşağıdakılardan ibarət olduğunu deyib:

1. Rusiya ərazisi nüvə silahından istifadə etməklə hücuma məruz qalacaq;
2. Rusiyaya və ya onun müttəfiqlərinə qarşı hər hansı digər nüvə silahından istifadə edildiyi halda;
3. Ən önəmli infrastrukturuna müdaxilə olarsa və bunun nəticəsində Rusiyanın nüvə hücumunu dəf etmək imkanı tükənərsə, qüvvələri iflic vəziyyətinə düşərsə;
4. Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüz aktı baş verdikdə, bunun nəticəsində ölkənin mövcudluğu təhlükə altına düşərsə;

Qeyd edək ki, Rusiyadan “nüvə” təhdidləri rusların Ukraynaya qarşı hərbi əməliyyatlardakı nəzərəçarpacaq uğursuzluqlarından sonra güclənib. Martın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov amerikalı jurnalistlərə ölkənin milli təhlükəsizlik konsepsiyasını xatırladıb, hansı ki, dövlətin mövcudluğu təhlükəsi yaranarsa, nüvə silahından istifadəyə icazə verir.

İki gün sonra BMT-dəki rusiyalı diplomat Rusiyanın “NATO tərəfindən təxribata məruz qalacağı təqdirdə” kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu artıq açıq şəkildə elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə