24 ölü delfin tapılıb -FOTOLAR

24 ölü delfin tapılıb -FOTOLAR

Türkiyədə Eyüpsultan sahilinə çıxan ölü delfinləri görən vətəndaşlar gördükləri mənzərə qarşısında heyrətləniblər. Vətəndaşlar 24 ölü delfinin dəhşətli görüntüsünə şahid olarkən, delfinlərin dəqiq ölüm səbəbinin araşdırmalardan sonra bəlli olacağı açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İstanbulun Eyüpsultan səmtindəki İhsaniye Məhəlləsi ilə Ağaçlı çimərliyi arasında sahibsiz heyvanları yemləmək üçün vətəndaş onlarla ölü delfinin sahilə yuvarlandığını görüb.

Gördüyü mənzərə qarşısında heyrətlənən sakin jandarma və sahil mühafizə qruplarına xəbər verib. Başa düşmədiyi mənzərə qarşısında təəccüblənən Gürkan Qazoğlu ölü delfinlərin sağ olub-olmadığını yoxlayıb.

Xəbərdarlıqdan sonra hadisə yerinə gələn jandarma qrupları sahilə çıxan ölü delfinləri götürərək müayinə etmək üçün laboratoriyaya aparıb.

Sahibsiz heyvanlara yem verərkən gördüyü mənzərə qarşısında heyrətə gələn Gürkan Qazoğlu “Qərbi Qara dəniz dediyimiz nöqtədə sahibsiz heyvanları bəsləyirik. Heyvanlara yem verərkən bura gəldik. Bu yaxınlarda 21 delfin saydıq və bu gün sizinlə birlikdə bayıra çıxanda gördük ki, 22, 23 və 24 olaraq bu say hələ də davam edir” sözlərini deyib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə