Rusiyanın Ukraynaya hücumundan sonra gəmisi Odessa sahillərində qalan türk dənizçi Xarici İşlər Nazirliyinin təxliyə əməliyyatı ilə Türkiyəyə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fevralın 24-də Rusiyanın Ukraynaya hücumuna başlamazdan 2 gün əvvəl Odessaya gedən türk gəmisində işləyən Bestami Teberik hücumlardan sonra limandan çıxışa icazə verilmədiyi üçün gəmidəki digər heyətlə birlikdə qapalı qalıb.
Burada bir müddət qalan Teberik daha sonra Türkiyəyə gəlmək üçün gəmini tərk edərək şəhər mərkəzinə gedib. Təxminən 15 gün sığınacaqda qalan Teberik Xarici İşlər Nazirliyinin təxliyə əməliyyatı ilə Türkiyəyə gəlib.
Toqquşmalara və partlayışlara şahid olduğunu izah edən Teberik deyib: "Əvvəlcə biz Odessa sahillərində idik. Müharibədən bir gün əvvəl bizi minalanmış bölgəyə apardılar. Minalar qoyulduğu üçün oradan çıxa bilmədik, çox əziyyət çəkdik. Digər gəmilər gəmimizin yaxınlığında vuruldu. Çox təhlükəli günlər yaşadıq. Bir ay müharibənin acı üzünü gördük. 15 gün gəmidə oldum. Bir gün sığınacaqda qaldıqdan sonra Türkiyəyə gəldim".
Teberik evakuasiya əməliyyatında nazirliyin bütün lazımi dəstəyi verdiyini vurğulayıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB