Model və aparıcı Çağla Şıkel Yeşilköydə keçirilən “İstanbul Jewellery Show” sərgisi çərçivəsində qızılı işlənmiş büstiyer geyinib. Büstiyerdən danışarkən hamar bədən quruluşu ilə bütün gözləri cəlb edən məşhur sima, son dövrlərdə səhnə geyimləri ilə gündəmdən düşməyən Gülşəni qeyd etməyə bilməzdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, İstanbul Jewelry Show-da EMA Jewelry stendində olan Çağla Şıkel qızıl və brilyantdan hazırlanmış büstiyer geyinib.
18 əyarlıq qızıl və 90 əyarlıq brilyantdan istifadə edilməklə 1,5 ayda hazırlanan büstiyerin iki kiloqram ağırlığında olması heyrət doğurub. Beş milyonluq büstördən danışan 43 yaşlı Şikel, "Bu, tam bir sənət əsəridir. Bu büstiyer də satılıb. Hətta buradan Qətərə də göndəriləcək" deyib.
“Əslində ağlıma ilk gələn Gülşən oldu. Bu cür gözəl və iddialı paltarı ancaq o geyinə bilər. Cəsarət deyəndə ağlıma birbaşa Gülşən gəlir", - deyə davam edib. Gülşen iddialı səhnə geyimləri və şouları, mahnıları ilə də jurnalın gündəmindən düşmür. Geyiminə üstünlük verdiyi müğənniyə bir çox sənət adamları da dəstək olur.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB