Rusiya Ukraynadakı müharibəyə 800 Hizbullah döyüşçüsünü cəlb edir - Ukrayna KİV

Rusiya Ukraynadakı müharibəyə 800 Hizbullah döyüşçüsünü cəlb edir - Ukrayna KİV

Hizbullah qruplaşması Rusiya Federasiyası tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya 800 döyüşçünün göndərilməsinə razılıq verib. SİA xəbər verir ki, bu barədə Rusiyanın müxalif “Novaya qazeta” qəzeti məlumat yayıb.

Ukraynada hər ay üçün yaraqlılara 1500 dollar ödəyəcəkləri vəd edilib.

Əldə olan məlumata görə, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin nümayəndələri Hizbullah döyüşçüləri ilə görüş keçirib. İddialara görə, 800 döyüşçünün işə götürülməsi ilə bağlı razılıq əldə olunub. Onlardan 200-ü ayın sonuna qədər Belarusa təhvil verilməlidir.

Qeyd edilir ki, Ruslar ən təcrübəli əl-Abbas və əl-Radvan batalyonlarından Hizbullah döyüşçülərini toplayır. "Hizbullah bölmələrinin Ukraynaya getməsi döyüş əməliyyatlarının gedişatına təsir edən əsas amil ola bilər. Hizbullah vahid, bacarıqlı, müasir tətbiqi ordudur. Əslində, döyüş Hizbullah üçün həyat tərzidir".

Bildiyiniz kimi, Ukraynada rus qoşunlarının uğursuzluqları və işğalçıların şəxsi heyətinin ağır itkiləri Rusiyanı muzdlulara, yaraqlılara və terrorçulara müraciət etməyə məcbur etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə