Ukrayna ordusuna dəstək üçün bu addımı atdı

Ukrayna ordusuna dəstək üçün bu addımı atdı

Ukrayna hökuməti öz ordusuna dəstək olaraq Rusiyanın hücumunun vaxt cədvəlini NFT olaraq satmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi ordusunu maliyyələşdirmək üçün NFT kolleksiyasına start verib.

"Meta-Tarix: Müharibə Muzeyi" adlanan NFT kolleksiyası Rusiyanın Ukraynaya hücumunun tarixini sənədləşdirən "NFT muzeyi" olmaq üçün nəzərdə tutulub.

Kolleksiya hazırda müharibənin ilk üç günündə baş verən hadisələri sənədləşdirən 54 NFT-dən ibarətdir. İllüstrasiyalar Ukraynalı və beynəlxalq rəssamlara məxsusdur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə