Türkiyədən yola düşən 3 yük maşını Ukraynaya çatıb

Türkiyədən yola düşən 3 yük maşını Ukraynaya çatıb

Türkiyədən yola salınan 3 yardım maşını Ukraynaya çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu yük maşınlarından 2-si Ukraynanın Nikolaiv şəhərində, 1-i isə Odessa şəhərində ehtiyyac sahiblərinə paylanılacaq.

Odessa qubernatorunun müavini Yuri Dimçoqlo verdiyi açıqlamada, "Bu gün 3 yük maşını gəldi. İçərisində qida, içki və humanitar ləvazimatlar var. Türkiyə xalqına və Türkiyənin dostlarına göstərdikləri köməyə görə təşəkkür edirəm" dedi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə