Məşhur modelin paylaşımı tənqidlərə səbəb oldu -FOTOLAR

Məşhur modelin paylaşımı tənqidlərə səbəb oldu -FOTOLAR

Model İvana Sert keçən il Sezer Dermenci ilə ailə həyatı qurub. Uzun müddətdir televiziya dünyasından uzaq olan Sert sosial şəbəkədəki səhifəsində etdiyi paylaşıma görə reaksiya alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial media səhifəsində etdiyi paylaşımlar vasitəsilə izləyiciləri ilə ünsiyyət quran İvana Sert hazırda tənha həyat sürür.

Sevgilisi Sezer Dermenci ilə 2021-ci ilin noyabrında evlənəcəyini açıqlayan Sert, tutulduğu koronavirus səbəbiylə evlilik tarixini dekabr ayına qədər təxirə salmışdı. Hazırda xoşbəxt ailə quran İvana Sert son paylaşdığı paylaşıma görə izləyiciləri tərəfindən tənqid edilib. Evsiz kimi görünən bir adamın fotosunu yayımlayan Sert paylaşımına “Bu da üslub məsələsidir” qeydini atıb. Sonra izləyicilərinə "Stil?" sualını verən Sertə çoxlu reaksiyalar gəlib.

O, “Ağıllı davranıram, pulumu ağıllı xərcləyirəm. Mən daşınmaz əmlaka sərmayə qoyuram. Qəşəng və varlı olmaq lazım deyil, bazardan geyinirəm. Alış-veriş də edirəm, ikinci əl brendlərdən də istifadə edirəm. Məni tanıyan hər kəs bilir ki, mən çox pul xərcləmirəm. Tək hobbim ayaqqabıdır” sözlərini deyib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə