Rusiya hədəfini dəyişdi

Meydanda böyük müqavimətlə üzləşən, ağır şəxsi heyət itkisi verən və bəzi nöqtələrdə geri çəkilən Rusiya ordusu bundan sonra bütün diqqətini Donbas bölgəsinə yönəldib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsi davam edərkən Rusiya ordusu taktikasını dəyişdirib.

Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy Rusiya ordusunun Donbasda cəmləşəcəyini açıqlayıb. Bu bəyanat Rusiyanın digər şəhərlərə hücumlarını dayandıracağı anlamına gəlməsə də bütün Ukraynanı işğal edən Rusiya ordusunda ciddi hədəf dəyişikliyinə işarə edir.

Rusdkoy Donbası təşkil edən Luqansk vilayətinin 93 faizinə, Doetsk bölgəsinin isə 54 faizinə nəzarət etdiklərini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə