Türkiyənin Ordu bölgəsində bir ailənin qonşularının dəstəyi ilə 5 ildə tikdiyi və 3 ay əvvəl köçdüyü ev sürüşmə nəticəsində yararsız hala düşüb. Evi boşaltmaq məcburiyyətində qalan ailə qonşunun evinə köçüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 45 ildir ata evində yaşayan və maddi vəziyyəti pis olan Günay və İsmail Rüzgar cütlüyünə qonşularının dəstəyi ilə 5 ildə yeni ev tikilib.
3 ay əvvəl ata evinin düz yanında tikilmiş evə köçən ailə dünən səhər yeməyi yeyərkən böyük bir çatlama səsi eşidib. Evlərinə baxış keçirən Rüzgar cütlüyü divarlara böyük ziyan dəydiyini görüblər. Yataq xəstəsi də olan ailə evi boşaldaraq qonşuya köçüb.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB