Ukrayna ordusu açıqladı

Ukrayna ordusu Rusiya ordusunun cənub hərbi zonasının 49-cu birləşmiş hissəsinin komandiri general-leytenant Yakov Rezantsevin Xersonda baş verən qarşıdurmalar zamanı həlak olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında toqquşmalar 30-cu günündə də davam edir.

Rusiyanın Ukraynaya hücumlarının başladığı gündən bu yana Ukrayna ordusu qarşıdurmalarda 6 rus generalı və Qara dəniz donanması komandir müavininin həlak olduğunu açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə