"Ada nağılı" serialının çəkiliş meydançasında tanış olan Ayça Ayşin Turan və Alp Navruz restorandan çıxarkən görüntülənib. Ayça Ayşin Turan və Alp Navruzun sevgi dolu baxışları obyektivlərə tuş gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ayça Ayşin Turan və Alp Navruz 2021-ci ilin yayında “Ada nağılı”nda oynayarkən görüşməyə başlayıblar. Serial artıq bitdi, amma sevgiləri tam sürətlə davam edir.
İkili ötən axşam bir restoranın çıxışında obyektivlərə tuş gəlib. Gözlərini bir-birindən çəkə bilmirdilər.
Alp Navruz jurnalistlərin “Yenə ortaq bir layihə olacaqmı?” sualına “Hazırda bir ssenari oxuyuruq. Əgər alınarsa, olacaq” sözlərini deyib.
Münasibətləri barədə danışan aktyor “Hər şey yaxşı gedir. Biz çox xoşbəxtik” deyib.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB