Mariupolda uşaq xəstəxanası bombalanıb

Mariupolda uşaq xəstəxanası bombalanıb

Ukraynanın Mariupol şəhərindəki Uşaq Reabilitasiya Mərkəzi Rusiya ordusu tərəfindən bombalanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna ilə Rusiya arasında fevralın 24-də başlayan müharibə davam edir.

Ukraynanın Rusiya bombalarından ən çox zərər çəkən şəhərlərindən biri olan Mariupolda qarşıdurmalar davam edir. Mariupol bələdiyyəsi şəhərdə beynəlxalq fondlarla yaradılmış Uşaq Reabilitasiya Mərkəzinin Rusiya bombalarına tuş gəldiyini açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə