Uşaqlara sataşmaq istərkən özü döyüldü

Uşaqlara sataşmaq istərkən özü döyüldü

Türkiyənin Küçükçekmece bölgəsində uşaqlara sataşmağa cəhd etdiyi iddiası ilə yerli sakinlər tərəfindən döyülən şübhəli polis əməliyyatlarının ardından ədliyyəyə sövq edilib. Məhkəmə tərəfindən şübhəli şəxs həbs edilib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Gültəpə Məhəlləsində baş verib. İddialara görə, əcnəbi vətəndaş küçədə uşaqlara sataşmağa cəhd edib.

Vəziyyəti anlayan məhəllə sakinləri şübhəli şəxsə qarşı zor tətbiq etmək istəyiblər. Hadisə yerinə gələn polis şübhəli şəxsi nəzarətə götürüb. Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəli gətirildiyi məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib. Şübhəlinin vurulduğu anlar mobil telefonun kamerasına əks olunub.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə