Dərinizdəki qırışlardan və qocalma əlamətlərindən xilas olmaq üçün, şübhəsiz ki, bir çox üsulları sınamısınız. Siz hətta dəriyə qulluq məhsullarına çox pul xərcləmiş də ola bilərsiniz. Ancaq əlinizdəki təbii məhsullarla hazırladığınız maskalarla daha gənc, daha sıx və zamana meydan oxuyan dəriyə sahib ola bilərsiniz.
Əminik ki, yaşlansaq belə hamı zamana meydan oxumaq və daha gənc görünmək istəyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün müxtəlif gözəllik üsullarını sınasaq da, istədiyimiz nəticəni ala bilmərik. Əslində evdə bir neçə materialla hazırlayacağımız maskalar bizi vaxtından əvvəl qocalmaqdan xilas edə bilər.
Sandal tozu
Sandal ağacı tozu müxtəlif gözəllik müalicələrində istifadə edilən məşhur vasitədir. Dərinizin parlaq görünməsini təmin edən sandal ağacı tozu dəri problemlərinin müalicəsi ilə məşhurdur.
Sizi yaşlı göstərən qırışlarda təsirli olan sandal ağacı tozu dərinizin qırışmasının qarşısını alır. Sandal ağacı tozu ilə hazırladığınız maskalarla yaşlanma əlamətlərini yox edə bilərsiniz.
Sandal ağacı tozundan istifadə edərkən:
Yarım xörək qaşığı toza bir neçə damcı su əlavə edin.
Qarışığı üzünüzə və boynunuza çəkin. Hazırladığınız qarışığı tətbiq etdikdən sonra 10 dəqiqə gözləyin.
Bu qarışıq sızanaq və yağlı dəri ilə mübarizə apararkən qırışları və incə xəttləri azaldır.
Limon şirəsi, buğda unu, zerdeçal tozu
Hər birimiz zaman-zaman qocalmanı gecikdirmək üçün təbii üsullara əl atırıq. Müxtəlif qarışıqları sınasaq da, nəticə əldə edə bilməmişik. Bununla belə, limon suyu, buğda unu və zerdeçal tozundan ibarət qarışığımızı mütləq istifadə etməlisiniz.
Bu qarışığı mütəmadi olaraq tətbiq etdiyiniz zaman dərinizin daha gec qocaldığının şahidi olacaqsınız. Dərinizin qocalmasının qarşısını almaqla yanaşı, ləkələrin görünüşündən də xilas ola bilərsiniz. Çünki bu qarışıq üzünüzdə parlaq görüntü əldə etməyə imkan verir.
Limon suyunun tərkibindəki turşular üzdəki qara nöqtələri müalicə edərək dərini təmizləyir. Zerdeçal üzünüzü parlaq edir. Limonun tərkibindəki c vitamini dəriyə çox lazım olan elastikliyi verir. Bu 3 inqrediyenti yaxşıca qarışdırın. 1 qabda hazırladığınız qarışığı üzünüzə çəkin.
Sonra qarışığın dərinizdə qurumasını gözləyin. Üzünüzü ilıq su ilə yuyun və dərinizə uyğun nəmləndiricidən istifadə edin.
Bu təbii maskanı həftədə bir dəfə üzünüzə çəkə bilərsiniz.
Süd möcüzəsinə inanın
Vitamin və minerallarla çox zəngin olan süd əsrlər boyu geniş şəkildə istehlak edilən qida mənbəyi olmuşdur. Südün gözəlliyə və dəri baxımına təsiri də məlumdur. Süd istifadə etdiyiniz dəriyə qulluq kremlərinin tərkibində olan bir məhsuldur. Süd əla yağsız təmizləyicidir. Dərini heç vaxt qurutmur. Məsamələrinizin tıxanmasının qarşısını alır. Dərinizdəki sızanaqları qurudur. Sızanaq və ləkələrin görünüşünü azaldır. Dərinizə parlaq görünüş bəxş edir. Süd qırışları açır və sizə daha gənc dəri bəxş edir. Südün müntəzəm istifadəsi dərinizdə qırışların yaranmasının qarşısını alır.
Südlə maska hazırlamaq üçün bir qabda 1 təzə maya və 2 xörək qaşığı ilıq südü qarışdırın.
Bu qarışığı əvvəlcədən təmizlənmiş dərinizə çəkin.
Südlə hazırlanmış bu qarışığı qırışlarınız daha sıx olan nahiyəyə çəkə bilərsiniz.
Maskanı üzünüzdə təxminən 10 dəqiqə saxlayın.
Sonra ilıq su ilə yuyun və yüngül bir nəmləndirici tətbiq edin.
Bu qarışığı həftədə 2 dəfə dərinizə təkrarlayın.
Dərinizi bal ilə nəmləndirin
Dəridəki bir çox problemləri aradan qaldırmaq üçün istifadə edilən bal möcüzəvi xüsusiyyətlərə malikdir. Hər evdə olan bal dəri üzərində möcüzələr yaradır. Bal dəri yaralarının, yoluxucu dəri xəstəliklərinin, göbələklərin və ya ekzemanın müalicəsində də istifadə edilə bilər.
Bal dəridəki sızanaqları müalicə edərək sızanaq izlərinin sağalmasına kömək edir. Yaşlanma əleyhinə xüsusiyyətə malik olan bal qırışlar, qarğa ayaqları kimi problemlər üçün də son dərəcə faydalıdır. Balın dəridəki qırışlara tək-tək təsiri var. Müxtəlif qarışıqlarla hazırlanan bal maskaları, həmçinin balı birbaşa üzə çəkmək bir çox dəri problemlərinin qısa müddətdə aradan qalxmasına şərait yaradır. Adətən yağlı dərilər üçün tövsiyə olunan bal maskası nəm mənbəyidir.
Cavanlaşdırıcı bal maskası üçün əvvəlcə yumurtanın ağını götürüb yaxşıca köpükləndirin.
İçinə 2 xörək qaşığı bal əlavə edin.
Qarışıq 1-2 dəqiqə otursun.
Hazırladığınız qarışığı təmiz dərinizə çəkin. Maskanı üzünüzdə 15 dəqiqə saxlayın. İlıq su ilə yaxşıca yuyun.
Bu maskanı həftədə 1-2 dəfə tətbiq edə bilərsiniz.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB