58 yaşlı müğənni fotoları ilə pərəstişkarlarını təəccübləndirdi -FOTOLAR
Sosial şəbəkələrdəki paylaşımları ilə tez-tez gündəmdə olan Yonca Evcimik 58 yaşı olmasına baxmayaraq bədənini formada saxlayır. Yonca Evcimik idmanla bağlı son anlarını paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 90-cı illərdə iz qoymuş məşhur müğənni və aktrisa Yonca Evcimik “Çılgın Bediş” serialı ilə xüsusilə yadda qalıb.
Artıq ekranlardan uzaq olan uğurlu sima səhnədə pərəstişkarları ilə bir araya gəlir. Sosial media hesabını da aktiv istifadə edən Yonca Evcimik paylaşımları ilə diqqət çəkir. Son olaraq idman zalından paylaşımı ilə gündəm olan Evcimik yaşının irəliləməsinə baxmayaraq formasını qoruduğunu açıqlayıb. Yonca Evcimikin paylaşımı qısa zamanda sosial media istifadəçiləri tərəfindən böyük marağa səbəb olub.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB