“Həm dövlət, həm də məişət səviyyəsində çətinliklər var”

“Həm dövlət, həm də məişət səviyyəsində çətinliklər var”

“...1998-ci ildə defolt zamanı Rusiya indiki böhranla müqayisədə daha az qorunurdu”.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.

Belə ki, həmin hadisələrin təkrarlanma riskini dəyərləndirən sabiq prezident qeyd edib ki, “eyni suya iki dəfə girmək olmaz”.

Medvedev, həmçinin onu da qeyd edib ki, indi vəziyyət ondan fərqlidir. Yəni indi Qərb Rusiyaya qarşı qaydasız iqtisadi müharibə aparır.

Medvedev həmin müsahibəsində Qərb ölkələrinin indiki sanksiyalarını ölkənin ötən əsrdə keçirdiyi sınaqlarla müqayisə edib. O, həm dövlət səviyyəsində, həm də məişət səviyyəsində çətinliklərin olduğunu etiraf edib.

“Amma, birincisi, biz bu çətinliklərə öyrəşməmişik, ikincisi, bunlar, bilirsiniz, ölümcül çətinliklər deyil. Bunu ölkəmizin 20-ci əsrdə keçirdiyi dəhşətli sınaqlarla müqayisə etmək olmaz”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə