Rusiya prezidenti Vladimir Putin rus qazına görə ödənişlərin rubla ödənilməsi ilə bağlı açıqlaması, əslində onun Qərbi təəccübləndirmək niyyəti olub. Ekspertlər hesab edir ki, Rusiya dövlətinin başçısı sanksiyaları gündən-günə daha da absurdlaşan Avropa İttifaqı ilə bir növ “oynamağı” bacarıb.
SİA-nın məlumatına görə, bu barədə “Gazetu.ru” Almaniyanın “Spiegel” nəşrinə istinadən xəbər verir.
Məsələn iqtisadçı Yens Südekum bildirir ki, bu gün Rusiya valyuta bazarlarında rubl çox azdır. Onun sözlərinə görə, belə olan halda Qərb ölkələri hazırda sanksiyalar altında “inləyən” Rusiya Federasiyasının Mərkəzi Bankından rubl almalı olacaqlar. Südekumrin, fikrincə Putinin bu “oyunu” Qərbi öz sanksiyalarından yan keçməyə məcbur edəcək.
Valyuta üzrə ekspert Piter Bofinqer isə bildirir ki, Putin bunula ilk növbədə “qiymətini itirmiş” rublu dəstəkləməyi planlaşdırır. Son hadisələrə görə Rusiya valyutası dollar və avro qarşısında dəyərinin demək olar ki, yarıdan çoxunu itirib. Bofinqer bildirir ki, Qərb dövlətləri rublu dollar və ya avro ilə almağa məcbur edilərsə, təbii ki, rublun məzənnəsi də yüksələcək. Və beləliklə, rubla tələbat da artacaq.
Maraqlıdır ki, “Şpigel” nəşri Moskvanın bu məqsədlərinin kifayət qədər reallaşa biləcəyini də istisna etmir.
O da maraqlıdır ki, iqtisadçı Klaus-Yurgen Qern Rusiya Mərkəzi Bankının Rusiya bankları vasitəsilə qaz istehlakçılarına rubl satışını nəzərdə tutan addımını “ehtimal” adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB