"Ukraynaya NATO sülhməramlıları göndərilsin!"

"Ukraynaya NATO sülhməramlıları göndərilsin!"

Çexiya Ukraynaya sülhməramlı missiya göndərmək təklifini dəstəkləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanatla Çexiyanın xarici işlər naziri Yan Lipavski çıxış edib.

Çexiyalı nazir, həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb.

Lipavski bildirib ki, sülhməramlı qüvvələr sülhü təmin etmək və hərbi əməliyyatlar aparmaq üçün göndərilmir.

Yeri gəlmişkən qeyd edək ki, Yan Lipavski Avropanın Rusiya qazından asılı olmasını qəbul etmək istəməyənlərdən biri kimi tanınır.

Onu da bildirək ki, dünənə qədər Avropa Birliyi qazın 40 faizini Rusiyadan alırdı. İlin əvvəlində ABŞ Rusiyadan tədarükün dayandırılacağı təqdirdə Avropaya tədarük tələbi ilə Fars körfəzindəki müttəfiqi Qətər Əmirliyinə müraciət etmişdi.

Lakin Qətərin energetika naziri Saad Şarid Kaabi xəbərdarlıq edib ki, onun ölkəsində belə ticarət imkanları yoxdur. Onun sözlərinə görə, təchizatçıların heç birində bunlar olmayacaq. “Avropanın ehtiyac duyduğu qazın miqdarını bir təchizatçı digər regionlara nəqli dayandırmadan əvəz edə bilməz. Avropa enerji təhlükəsizliyini yalnız bir neçə tərəfin birgə səyləri ilə təmin edə bilər”.

Təbii ki, bu da Rusiyaya müvəqqəti də olsa “qol-qanad” verib...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə