Yaponiya hökuməti UNICEF-in xətti ilə COVAX proqramı çərçivəsində Özbəkistana 200 min doza “AstraZeneca” peyvəndi göndərib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, indiyədək ölkəyə 62 milyon dozaya yaxın peyvənd gətirilib. Bunun təxminən 50 milyon dozası istifadə olunub. Bu ilin ortalarına qədər UNICEF-in xətti ilə COVAX proqramı çərçivəsində ölkəyə daha 24,6 milyon doza vaksin gətirilməsi planlaşdırılır.
Hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Sputnik Layt”, “Moderna”, “Sinovac” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB