Bavariyada "Z" rus işarəsi gəzdirənlər mühakimə olunacaqlar?

Bavariyada "Z" rus işarəsi gəzdirənlər mühakimə olunacaqlar?

Almaniyanın Bavariya əyalətində işğalçı ordunun “Z” işarəsindən istifadə edən “rus dünyası” tərəfdarları hüquqi nəticələrlə üzləşəcək.
SİA-nın məlumatına görə, bu barədə “Ukrinform” yerli “BR24” radiosuna istinadən xəbər verir.

Ukraynaya qarşı müharibədə Rusiya silahlı qüvvələrinin Z simvolundan açıq şəkildə istifadə edən hər kəs bunun nəticələri ilə hesablaşmalıdır. “Z” ideoloji işarədir və ondan istifadə edənlər təcavüzkar müharibəni bəyənirlər.

Qeyd edək ki, bunu hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.

“Bavariya prokurorluğu beynəlxalq hüququ pozan işğalçı müharibəni açıq şəkildə təsdiqləyən insanlara qarşı ardıcıl tədbirlər görür. Biz beynəlxalq hüquqa zidd cinayətlərin birləşməsini qəbul etmirik. Rusiya prezidenti Putin Ukrayna xalqına dəhşətli iztirablar verən cinayətkar işğalçı müharibəyə başlayıb, ona görə də Bavariya məhkəmə sistemi baç verənləri diqqətlə izləyir”.

Qeyd edək ki, bunu ədliyyə naziri Georg Eisenreiç bildirib.

Fikir azadlığının Almaniya konstitusiyasının böyük sərvəti olduğunu bildirən almaniyalı nazir “...ancaq fikir azadlığı cinayət hüququnun başladığı yerdə bitir”-deyə bildirib.

Eisenreiç onu da xatırladıb ki, Bavariyada Z nömrə nişanından ictimai şəkildə istifadə edən hər kəs onların mühakimə oluna biləcəklərini başa düşməlidirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə