"Orada olanda hər şeyi öz gözlərinizlə görəcəksiniz"

Ağ Ev Baydenin Ukraynaya qoşun göndərilməsi ilə bağlı sözlərinə aydınlıq gətirir
"Orada olanda hər şeyi öz gözlərinizlə görəcəksiniz"

ABŞ prezidenti Cozef Bayden ABŞ hərbçilərinin Ukraynada baş verənləri öz gözləri ilə görmək şansının olacağını deyərkən səhv edib.

TASS CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib. SİA bu barədə “rambler”ə istinad edir.

Qeyd edək ki, Amerika dövlətinin başçısı ötən gün Polşanın Rzeşov şəhərindəki hərbi bazada ABŞ əsgərləri ilə görüşüb. Görüş zamanı o, “...orada olanda hər şeyi öz gözlərinizlə görəcəksiniz. Sizin bəziləriniz artıq orada olmusunuz”, - deyə Bayden bildirib.

Maraqlıdır ki, görüş zamanı amerikalı prezident Ukraynadakı qadın və kişilərin cəsarətinin hörmətə layiq olduğunu bildirərək, təqdir edib: “Onlar inanılmazdırlar, lakin ilhamlarının çoxunu bizdən alırlar”-deyə əlavə edib.

Ağ Ev səlahiyyətlisinin sözlərinə görə, Bayden Vaşinqtonun ABŞ qoşunlarını Ukraynaya göndərəcəyi anlamına gəlib-gəlmədiyi barədə heç bir məlumat verməyib.

Bundan sonra Ağ Evin sözçüsü jurnalistlərə bildirib ki, Bayden Ukraynaya Amerika əsgərlərini göndərmək fikrində deyil. O, ABŞ prezidentinin mövqeyinin dəyişmədiyini vurğulayıb.

Bəli, xatırladaq ki, bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild da Baydenin Ukraynaya qoşun yeritmək niyyətində olmadığını bildirmişdi.

...Amma ABŞ-ın müntəzəm olaraq Ukraynaya hərbi yardım göstərəcəyi heç kimdən gizlədilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə